...

Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

İqtisadiyyat Materials 25 Fevral 2020 10:17 (UTC +04:00)
2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Azərbaycanla yerüstü yükdaşımaları sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

Trend bu barədə “Resmi gazete”yə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər arasında saziş 2019-cu il dekabrın 6-da Bakıda imzalanıb.

Saziş yük daşımalarının həcminin artırılmasına yönəlib. 2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib:

“Digər ölkələrdən Türkiyə və Azərbaycan vasitəsilə tranzitlə il ərzində 2,5 min, Türkiyə limanlarından 300 daşıma həyata keçirilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti