Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il martın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
Fonddan Trend-ə verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 1 005 milyon dollar təşkil edib.
O cümlədən, bu ilin yanvarın 1-dən martın 1-nə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 69 milyon dollar təşkil edib.
Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin martına qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 805 milyon dollar olub.