Bakı. Trend:
İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad olunub.
Trend-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilib. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.