...

Tovuzda avtomobil yolları əsaslı şəkildə yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 20 Aprel 2020 14:38 (UTC +04:00)
Tovuzda avtomobil yolları əsaslı şəkildə yenidən qurulur (FOTO)

Bakı. Trend:

Tovuzda şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Trend-in məlumatına görə, quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

Agentlik tərəfindən Tovuzun 4.4 km uzunluğunda Aran kəndinin, Əyyublu kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndinin yolları asfaltlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti