...

4500-dən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb - RƏSMİ

İqtisadiyyat Materials 30 Aprel 2020 11:17 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən qabaqcadan satış kassalarından və eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.

Bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, satış kassalarından alınan biletlər aprel ayının əvvəllərində, online qaydada alınan biletlər isə cari ayın 20-nə qədər geri alınıb:

“Artıq qabaqcadan satış kassalarından, eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq yekunlaşıb. Ümumilikdə 4569 bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb. Onlardan 3319-u satış kassalarından alınan biletlərdir, 558 əməliyyat kodu üzrə 1250 bilet isə online qaydada alınanlardır”.

P.Məmmədova qeyd edib ki, biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti