...

Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 16 May 2020 11:20 (UTC +04:00)
Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı artıb

Bakı. Trend:

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə (yanvar-may) vergi ödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu artımın 52 min 475 vahidi fiziki şəxslərin, 14 min 422 vahidi isə hüquqi şəxslərin payına düşüb. Fiziki və hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 106 faiz və 111,1 faiz təşkil edib.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 13 min 842 vahid (12,1 faiz) artaraq 128 min 380 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 564 vahid təşkil edib və ya müqayisə edilən dövrdə 580 vahid (3,9 faiz) artıb.

May ayının 1-nə respublika üzrə 1 milyon 69 min 762 vergi ödəyicisi qeydiyyatda olub. Onların 925 min 818-i və ya 86,5 faizi fiziki şəxs, 143 min 944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti