...

Bağlanan 4 bankın kreditor tələblərinin qeydiyyat müddəti uzadılıb

İqtisadiyyat Materials 17 Avqust 2020 20:46 (UTC +04:00)
Bağlanan 4 bankın kreditor tələblərinin qeydiyyat müddəti uzadılıb

Bakı. trend:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC-nin, 2-3(103)-131/2020 saylı qərarı ilə ləğv prosesində olan “NBC Bank” ASC-nin, 2-3(103)-129/2020 saylı qərarı ilə ləğv prosesində olan “Atabank” ASC-nin və 2-3(103)-139/2020 saylı qərarı ilə ləğv prosesində olan “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Fonddan Trend-ə verilən məlumata görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Amrahbank” ASC üzrə -

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Ləğv prosesində olan “NBC Bank” ASC üzrə -

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Ləğv prosesində olan “Atabank” ASC üzrə -

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;

Qaynar xətt – 136.

Ləğv prosesində olan “AG Bank” ASC üzrə -

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135

Əlavə olaraq bildiririk ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti