Bakı. Trend:
Norm Sementin peşəkar komandası şirkətin daim beynəlxalq arenada yüksək səviyyədə təmsil olunması üçün əzmlə çalışır. Xarici ölkələrdə konfranslarda çıxışlar, eləcə də beynəlxalq mətbuatda Norm əməkdaşlarının elmi-araşdırma məqalələrinin dərc edilməsi şirkətin tanınmasında və beynəlxalq nüfuzunun artmasında bilavasitə böyük rol oynayır.
Şirkət üçün əhəmiyyətli olan təqdimatlardan biri də 2019-cu ilin 03-06 dekabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Beton konfransında şirkətimizi təmsil edən Texniki Satış üzrə Qrup Rəhbəri Fuad Məmmədov tərəfindən həyata keçirilib. Onun çıxışı “Azərbaycanda Məsaməli Hörgü Blokları (AAC) bazarı və istehsal zamanı istifadə olunan sementin keyfiyyəti” mövzusunda baş tutub.
Cari ilin aprel ayında isə əməkdaşımızın Avropanın nüfuzlu “AAC Worldwide” jurnalında eyniadlı məqaləsi dərc olunub. Qeyd olunur ki, Məsaməli Hörgü Blokları (MHB) 2011-ci ildən etibarən Azərbaycanın tikinti sektoruna təqdim olunaraq qısa zaman ərzində öz iqtisadi və texniki üstünlüklərinə rəğmən tikinti bazarında geniş istifadə olunub. Məlum olduğu kimi, sement və onun bir sıra müxtəlif texniki göstəriciləri MHB-nın istehsalında və məhsulun keyfiyyətində aparıcı rola malikdir. Bu məqsədlə, məqalədə aşağı miqdarda üç kalsium silikat tərkibli (C3A) Portland-Putsolan sementin MHB-nın istehsalında mümkün istifadəsi və bir sıra üstünlükləri qeyd olunub. Bundan başqa, Portland-Putsolan sementin ilkin möhkəmlik həddi, incəliyi (40 μm-da ələk üstü qalıq və xüsusi səth (Blaine)) və bir sıra digər kimyəvi parametrləri müsbət üstünlük kimi nəzərə alınıb. Nəticə etibarilə, son məhsul (MHB) müvafiq istehsal şirkətinin texniki və iqtisadi tələblərinə cavab verir.
Bu tədqiqatda istifadə olunan məlumatlar Azərbaycanda yerləşən MHB-nın istehsal zavodunda aparılan sənaye təhlillərindən əldə edilib. Jurnalda (24-28-ci səhifələrdə) dərc olunan məqalə ilə ətraflı tanışlıq üçün linkə daxil ola bilərsiniz: