...

Azərbaycan iqtisadiyyatının ən yüksək artım olacağı sahələri açıqlandı – RƏSMİ

İqtisadiyyat Materials 3 Sentyabr 2020 12:45 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının ən yüksək artım olacağı sahələri açıqlandı – RƏSMİ

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaqdır.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir. 2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2 faiz) çəkiyə malik sənayedə 25,0 milyard manatlıq, kənd təsərrüfatında 5,6 milyard manatlıq (xüsusi çəkisi 7,4 faiz), tikintidə 5,7milyard manat, xidmətlərin istehsalında isə 31,8 milyard manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir.

Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7 faizə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 milyard manat təşkil edəcəkdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3,0 faiz artım gözlənilir.

Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcədə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində orta müddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti