...

Türk Hava Yolları bütün biletlərə cəriməsiz dəyişiklik haqqı verir

İqtisadiyyat Materials 9 Sentyabr 2020 14:41 (UTC +04:00)
Türk Hava Yolları bütün biletlərə cəriməsiz dəyişiklik haqqı verir

Bakı. Trend:

Türk Hava Yolları 31 dekabr 2020-ci ilədək alınacaq olan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün Türk Hava Yolları bilet qaydalarında yeni dəyişiklik edib.

Yeni qaydaya uyğun olaraq, 21 Mart 2020- ci il tarixindən bu yana alınan və 31 Dekabr 2020-ci il tarixinədək yazılacaq olan bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaqdır. Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər original biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir. Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq. Qeyd etmək lazımdır ki, bilet dəyişikliyi zamanı ortaya çıxacaq digər ödənişlər (valyuta fərqi, sinif, və istiqamət dəyişikliklərindən ortaya çıxacaq ehtimal fərqlər, vergi fərqləri və s.) sərnişin tərəfindən ödənilməlidir. Tətbiq olunacaq yeni qaydaya uyğun olaraq sərnişin yeni səyahət tarixinə qərar verməyibsə, biletini açığa ala bilər. Başqa sözlə desək, yeni səyahət tarixi seçənədək düşünə bilər. Lakin bunun üçün də mütləq uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşlar ləğv edilməlidir. Müəyyən ediləcək yeni səyahət 31 dekabr 2021 tarixinə qədər tamamlanmış olmalıdır. Biletlərin keçərliliyi 31 dekabr 2021 tarixinə qədər uzadıla bilər.

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 319 istiqamət üzrə uçuşlar yerinə yetirən (269 beynəlxalq və 50 daxili) və 361 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla https://www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti