Bakı. Trend6
“Azərbaycan Sənaye Korporasiyası” ASC torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə şanlı ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
ASC-dən Trend-ə verilən məlumata görə, korporasiyanın mərkəzi aparatının əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası naminə aparılan döyüşlərə dəstək üçün aylıq vəzifə maaşlarını ianə ediblər.
Torpaqlarımızın azad olunması uğrunda apardığımız bu haqq mübarizəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC kollektivinin bütün heyəti vətəndaş borcu, yurd sevgisi və azərbaycanlı ruhu ilə xalqımızın, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və qürur mənbəyi olan ordumuzun hər zaman yanındadır!