Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda yeni yaradılan “YAŞAT” Fondunun Beynəlxalq Bankda 4 hesabı yaradılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyev bildirib ki, manat, dollar, avro və rubl hesabları yaradılıb. O qeyd edib ki, bu fond cəmiyyətin, iş adamlarının, yardımsevənlərin fondudur. ASAN rəhbəri bildirib ki, fondun elektron portalı ən qısa müddətdə yaradılacaq: “O vaxta qədər ianə etmək istəyən şəxslər həmin hesablara öz ianələrinə edə bilərlər”.