...

Metronun "8 noyabr" stansiyasında 17 eskalator, 3 lift quraşdırıldı

İqtisadiyyat Materials 12 Yanvar 2021 14:58 (UTC +04:00)
Metronun "8 noyabr" stansiyasında 17 eskalator, 3 lift quraşdırıldı

Bakı. Samir Əli - Trend:

Bakıda tikintisi başa çatdırılan "8 noyabr" stansiyası istismara hazırlanır.

Bu barədə Trend-ə Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, istismara hazırlanan “8 Noyabr” stansiyasında 17 eskalator və 3 lift quraşdırılıb:

"Həmçinin digər eskalatorlu stansiyalarda bir sıra işlər görülüb, texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb. Bu əsasda istehsalçı “ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti