...

Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ

İqtisadiyyat Materials 21 Yanvar 2021 12:19 (UTC +04:00)
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri də açılacaq.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqənin başlanması ilə bağlı əmr layihəsi hazırlanıb:

"İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti