...

Pandemiya dövründə kompüter və elektron məhsulların istehsalı 3 dəfə artıb

İqtisadiyyat Materials 22 Mart 2021 16:00 (UTC +04:00)
Pandemiya dövründə kompüter və elektron məhsulların istehsalı 3 dəfə artıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-fevral aylarında 7,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz az sənaye məhsulu istehsal edilib.

Trend-in məlumatına görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1 faiz artıb.

Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda, 29,1 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2,0 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3 faiz, kağız və karton istehsalı 26,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 13,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, elektrik avadanlıqlarının istehsalı 6,2 faiz, qida məhsullarının istehsalı 2,5 faiz artıb, geyim istehsalı 4,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 17,9 faiz, içkilərin istehsalı 18,6 faiz, hazır metal məmulatlarının istehsalı 20,2 faiz, mebel istehsalı 59,6 faiz, poliqrafiya məhsullarının istehsalı 67,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 95,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti