Bakı. Sədrəddin Ağcayev - Trend:
Almaniyanın "Lufthansa" aviaşirkəti bu il iyunun 1-dən etibarən Gürcüstan və Azərbaycana müntəzəm birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Trend-in məlumatına görə, birbaşa uçuşlar Frankfurt-Tbilisi-Bakı marşrutu ilə həyata keçiriləcək:
"Uçuşlar həftədə 4 dəfə - hər çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri baş tutacaq".
Qeyd edək ki, aviaşirkət artıq müvafiq icazə alıb. Bundan başqa reyslər yalnız Almaniyadan uçmağa imkan verəcək, geriyə uçuşlar isə yoxdur.