...

İlin əvvəlindən Ceyhan terminalından 100 milyon barelə yaxın AÇG nefti yola salınıb

İqtisadiyyat Materials 1 İyul 2021 11:35 (UTC +04:00)
İlin əvvəlindən Ceyhan terminalından 100 milyon barelə yaxın AÇG nefti yola salınıb

Bakı. Ləman Zeynalova - Trend:

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,67 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 796 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 137 AÇG nefti daşıyan tanker və ya 99,09 milyon barel neft yola salınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti