...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsal imkanlarını genişləndirir

İqtisadiyyat Materials 5 İyul 2021 19:32
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsal imkanlarını genişləndirir

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz elektron sistemini Dövlət Gömrük Komitəsinin və xarici ölkə strukturlarının elektron sisteminə inteqrasiya edir.

Bunu Trend-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, sistem inteqrasiyası gömrük xidmətlərinə müvafiq nəqliyyat gəlməmişdən qabaq daşınan yüklər barədə məlumat almağa imkan verir: "Rəqəmsallaşma sahəsində Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi ilə yüklərin daşınması çərçivəsində ATƏT-lə birgə məlumatların ötürülməsi üzrə vahid sistem yaradır. Bakı limanı ilə Aktau limanı arasında məlumat mübadiləsi sisteminin yaradılması yekun mərhələdədir. Bakı limanı ilə Türkmənbaşı limanı arasında yüklər barədə məlumatların mübadiləsi və idarəetmə sistemi hazırlanıb".

O qeyd edib ki, bu cür layihələrin reallaşdırılması həm gömrük məntəqələrində, həm də limanlarda dayanma vaxtını azaldacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti