...

Azərbaycan dəmir yolu operatoru Çindən Türkiyəyə konteyner daşımağa başlayıb (FOTO)

İqtisadiyyat Materials 8 Avqust 2021 20:53 (UTC +04:00)

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fəaliyyət göstərən "Barys" fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Bakı limanına ilk dəfə olaraq rekord həcmdə - 314 TEU konteyner çatdırılıb.

"ADY Container"dən Trend-ə verilən məlumata görə, gəmidə olan 159 konteyner limana boşaldılıb. Konteynerlərin hər biri 40 futluqdur.

Çindən və Qazaxıstandan göndərilən konteynerlərin əksəriyyəti platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə göndəriləcək. Konteynerlərdə müxtəlif təyinatlı qarışıq yüklər daşınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti