...

Enerji təchizatçıları istehlakçıları ağıllı sayğaclarla təmin edəcək

İqtisadiyyat Materials 20 Avqust 2021 15:18 (UTC +04:00)
Enerji təchizatçıları istehlakçıları ağıllı sayğaclarla təmin edəcək

Bakı. Trend:

Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcək.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin tədiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda əks olunub.

Qanuna əsasən, Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.

Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.

Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.

Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.

İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu Qanunun 11.3-cü maddəsi nəzərə alınmaqla quraşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti