...

ENGİNET şirkətinin əhatə dairəsi genişlənib

İqtisadiyyat Materials 7 Sentyabr 2021 12:08 (UTC +04:00)
ENGİNET şirkətinin əhatə dairəsi genişlənib

Bakı. Trend:

Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkəti ölkə üzrə optik şəbəkənin genişləndirilməsi layihələrini davam etdirir. Bu dəfə şirkətin BİRLink brendi sürətli internet şəbəkəsini Sabirabad şəhərinə gətirməklə rayon sakinlərinə keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Beləliklə, ölkədə ilk olaraq FTTH (mənzilədək optika) texnologiyasını tətbiq edən ENGİNET şirkətinin BİRLink brendi artıq Sabirabad rayonunun sakinlərinə də bu texnologiyaya əsaslanan genişzolaqlı optik internet, rəqəmsal televiziya və telefoniya, bulud əsaslı videomüşahidə və digər geniş spektrli telekommunikasiya xidmətləri təqdim edəcək.

Qeyd edək ki, BİRLink brendinin telekommunikasiya xidmətləri Bakıdan başqa, Azərbaycanın digər regionlarında da fəaliyyət göstərir. Ətraflı məlumatı http://www.birlink.az saytından əldə edə bilərsiniz.

BİRLink brendi haqqında:

ENGİNET şirkətinin ticarət markası olan BİRLink – FTTH texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan filtrasiya xidməti, rəqəmsal telefoniya və televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir.

Xəbər lenti

Xəbər lenti