Bakı. Humay Ağacanova - Trend:
Sosial sığortaların ödənilməsi ilə bağlı qanunvercilik sadələşdiriləcək.
Trend-in məlumatına görə, bunu "Sosial saat" adlı proqramda çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev bildirib.
O qeyd edib ki, Azərbaycanda sosial sığorta və sosial sığorta ödəmələri ilə bağlı qanunvericiliyin daha da sadələşdirilməsi, təkmilləşdirilməsi istiqamətində müəyyən layihələr var:
"Həmin layihələr hazırda razılaşdırma mərhələsində olduğuna görə ətraflı məlumat daha sonra veriləcək. Yeni layihələrin məqsədlərindən biri sığortaedənlərin, yəni müəssisələrin inzibati iş yükünün azaldılmasıdır. Onlar üçün əlverişli şərait yaranacaq və nəticədə sığortaolunanlara göstərilən xidmətlər sürətlənəcək”.