...

Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib

İqtisadiyyat Materials 21 Oktyabr 2021 21:00 (UTC +04:00)
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.

Trend-in məlumatına görə, ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti