Bakı. Trend:
2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə "2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsində deyilir.
Proqnoza əsasən, dövlət büdcəsinin xərcləri gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
2022-ci ildə dövlət büdcəsində 3,06 milyard manatdan çox kəsirin yaranacağı gözlənilir. Bu, 2021-ci illə müqayisədə 1,7 faiz azdır.
(Tərcümə: Orxan Nəbiyev)