...

Gələn ilin dövlət büdcəsinin sosialyönümlü hissəsi 14 milyarda yaxın olacaq

İqtisadiyyat Materials 12 Noyabr 2021 11:24 (UTC +04:00)
Gələn ilin dövlət büdcəsinin sosialyönümlü hissəsi 14 milyarda yaxın olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin sosialyönümlü hissəsi 46.4 faizə çatdırılır. Bu da 13 milyard 851 milyon manat təşkil edir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, sosialyönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edir.

“Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılır ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1.8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” – deyə nazir bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti