...

MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib

İqtisadiyyat 25 Yanvar 2022 15:52 (UTC +04:00)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib

Bakı. Trend:

Mərkəzi Bankda (MB) istismarda olan informasiya sistemlərinin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, onların etibarlı və fasiləsiz fəaliyyətlərinin təşkili məqsədilə innovativ informasiya-kommunikasiya texnologiyaları həllərinin tətbiqi və qabaqcıl standartlara uyğunluğunun təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

MB-dən Trend-ə verilən məlumata görə, bu sahədə aparılan davamlı təkmilləşmə işləri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən akkreditə edilmiş və Mərkəzi Bankın operatoru olduğu Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından “Societe Generale de Surveillance” təşkilatı tərəfindən geniş təhlili və diaqnostikası aparılmışdır. Aparılan audit nəticəsində Mərkəzi Bankda İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunmuşdur.

BSXM-in funskional fəaliyyəti "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bankın xidmət göstərdiyi dövlət təşkilatlarına və maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət subyektlərinə, habelə nəzarət subyektlərinin xidmətlərindən istifadə edən fiziki və hüquqi şəxslərə elektron imza xidmətlərinin göstərilməsidir. BSXM-in təkmil elektron imzaları ölkə əhəmiyyətli infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti