...

"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına

İqtisadiyyat Materials 26 Yanvar 2022 13:40 (UTC +04:00)
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına

Bakı. Trend:

Əşyaların interneti, bulud texnologiyaları, süni zəka, maşın öyrənilməsi və digər aparıcı texnologiyalarını özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək "Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına!

"Smart Qarabagh" hakatonun istiqamətləri:

Təhsil
Kənd Təsərrüfatı
Nəqliyyat
Ev təsərrüfatı
Enerji sərfiyyatı
Su sərfiyyatı
Ətraf mühit
Təhlükəsizlik

Qarabağın bərpasında sənin də payın olsun!

Son müraciət tarixi: 16 Mart 2022

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28
[email protected]
teknofest.az

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Qeyd edək ki , Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti