...

Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşlara başlayır

İqtisadiyyat Materials 2 Fevral 2022 12:44 (UTC +04:00)
Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşlara başlayır

Bakı. Trend:

Rusiyanın "Utair" aviaşirkəti fevralın 9-dan etibarən Moskva-Gəncə marşrutu ilə reysləri işə salır.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq.

Moskvadan uçuşlar saat 06:05-də, Gəncədən isə 11:30-da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti