...

Bu il Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyanın iclası və Biznes Forum keçiriləcək

İqtisadiyyat Materials 10 Fevral 2022 13:04 (UTC +04:00)
Bu il Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyanın iclası və Biznes Forum keçiriləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Niku Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üçüncü iclasının 2012-ci ildə Kişinyovda keçirildiyi bildirilib, növbəti iclasın bu il Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. İclas çərçivəsində Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə Biznes Forumun keçirilməsi təklifi də məqbul sayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti