...

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

İqtisadiyyat Materials 17 Fevral 2022 11:01 (UTC +04:00)
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Bakı. Trend:

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci yubiley iclası cari ilin aprel-may aylarında Bakıda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüşdə deyilib.

Bundan başqa Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti