...

Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb

İqtisadiyyat Materials 18 Fevral 2022 10:18 (UTC +04:00)
Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb

Bakı. Trend:

Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə istiqamət götürən 62 konteynerdən ibarət növbəti konteyner blok qatarı Bakı Limanına çatıb.

“ADY Konteyner” MMC-dən Trend-ə verilən məlumata görə, blok qatar 40 futluq konteynerlərdən ibarətdir. Konteynerlərdə Türkiyəyə kimya sənayesi məhsulları və gübrə daşınır. Qatar Türkmənbaşı limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi vasitəsilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.

Layihə “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir.

Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti