...

Dövlət Vergi Xidmətində islahatların keçirilməsi planlaşdırılır

İqtisadiyyat Materials 25 Fevral 2022 10:51 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Yaxın perspektivdə İqtisadiyyat Nazirliyi nəzdində Dövlət Vergi Xidmətində bir sıra islahatların keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

O bildirib ki, bu islahatlar milli vergi sisteminin mövcud potensialını gücləndirəcək və vergi alətlərinin istifadəsini maksimum asanlaşdıracaq.

"Biz, həmçinin yeni "e-taxes" portalının işə salınmasını planlaşdırırıq. Bu platformada sahibkarlıq fəaliyyətinin səmərəli icra olunması, eləcə də sahibkarların vergi orqanları ilə birbaşa əlaqəsinin təmin olunması üçün əlavə alətlər yaradılacaq", - deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti