...

Bu il ət və toyuq məhsulları xüsusi şərtlə ölkədən aparılacaq

İqtisadiyyat Materials 18 Mart 2022 20:00 (UTC +04:00)
Bu il ət və toyuq məhsulları xüsusi şərtlə ölkədən aparılacaq

Bakı. Trend:

Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərarında əksini tapıb.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı bu malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:

- Diri iribuynuzlu mal-qara;

- Diri qoyunlar və keçilər;

- Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;

- Dondurulmuş iribuynuzlu mal-qara əti;

- Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları;

- Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti