...

Rusiya aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslərə başlamağı planlaşdırır

İqtisadiyyat Materials 8 Aprel 2022 19:55 (UTC +04:00)
Rusiya aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslərə başlamağı planlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Utair" aviaşirkəti may ayından başlayaraq Qroznı şəhərindən Azərbaycana müntəzəm reyslər həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov deyib.

Onun sözlərinə görə, Bakıya reyslərin işə salınması üçün "Utair" tərəfindən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə müvafiq müraciət olunub.

Qeyd edək ki, hazırda Azərbaycana "Aeroflot", "Air Arabia", "Air Astana", "Arkia", "Belavia", "FlyAristan", "Turkish Airlines", "Lufthansa" və digər şirkətlər uçuşlar həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti