...

Prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəyimə söz verirəm - Taleh Kazımov

İqtisadiyyat Materials 12 Aprel 2022 11:49 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəyimə söz verirəm - Taleh Kazımov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənə göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm, eyni zamanda bu qərarı təsdiqlədiyinə görə deputatlara təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin olunan Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O səlahiyyətlərini və məsuliyyətini dərk etdiyini diqqətə çatdırıb. “Səlahiyyətlərimi və məsuliyyətimi dərk edərək, Prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıqları və vəzifə öhdəliklərimi vaxtında yerinə yetirəcəyimə söz verirəm”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti