...

Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib

İqtisadiyyat Materials 14 Aprel 2022 09:13 (UTC +04:00)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının 51,5 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,3 faizini Ukraynaya, 3,4 faizini Yunanıstana, 3,0 faizini Portuqaliyaya, hər biri 2,7 faiz olmaqla Tailand və Gürcüstana, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 2,0 faizini Tunisə, 1,6 faizini Hindistana, 1,5 faizini Çexiyaya, 1,4 faizini İspaniyaya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarusa, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyd olunan müddət ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 91 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti