...

Azərbaycan xarici borcunu azaltmağı planlaşdırır

İqtisadiyyat Materials 16 Aprel 2022 15:28 (UTC +04:00)
Azərbaycan xarici borcunu azaltmağı planlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ümumi dövlət borcunda xarici dövlət borcu göstəricisini ÜDM-in 10 faizinədək azaltmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan xarici dövlət borcunda xarici valyutanın payını 95 faizdən 81 faizədək azaldıb.

"Bizim əsas hədəflərimizdən biri bu göstəricini ortamüddətli perspektivdə 85 faizədək azaltmaq idi. Bu gün Azərbaycanın borc öhdəliklərinin 81 xarici valyutada formalaşıb. Ortamüddətli perspektivdə dövlət borcunda xarici valyutanın payının daha da azaldılması planlaşdırılır", - A.Mursaqulov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti