...

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2022 17:01 (UTC +04:00)
Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib (FOTO)

Bakı. Trend:

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulataların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti