Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)