...

Davos Forumunda Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə edilib

İqtisadiyyat Materials 25 May 2022 10:08 (UTC +04:00)
Davos Forumunda Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə edilib

Bakı. Trend:

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə edilib.

Trend-in məlumatına görə, bunu forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq", - nazir qeyd edib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-dən 26-a qədər İsveçrənin Davos şəhərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti