...

Azərbaycanda ÜDM proqnozdan çox artıb - Nazir

İqtisadiyyat Materials 25 May 2022 14:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son iki il çətin olub. Pandemiya səbəbindən 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2021-ci ildə postpandemiya dövrü böyük qeyri-müəyyənlik doğururdu.

“Tələblə təklif arasında natamamlıq baş verdi və sonradan indi ərzaq böhranı kimi adlandırılan problemin ilk əlamətləri formalaşmağa başladı. Proqnozlaşdırılan risk faktorlarının əksəriyyəti 2021-ci ildə baş verdi”.

Nazir bildirib ki, Azərbaycanda 2021-ci ildə nominal ifadədə ümumidaxili məhsul artıb. Onun sözlərinə görə, 2021-ci ildə ÜDM-nin real artımı 3,4 faiz proqnozlaşdırılırdı, ancaq 5.6 faiz oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti