Bakı. Trend:
Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
Trend-in məlumatına görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.
O qeyd edib ki, investorlar Azərbaycanda müxtəlif təşəbbüslərdən faydalana bilərlər. “Azərbaycanda bir neçə sənaye parkı var, orada investorlar və sahibkarlar üçün bir çox güzəştlər nəzərdə tutulur. Azərbaycanda çox münbit investisiya mühiti var, yerli və xarici investorlara eyni şərait yaradılır, bütün maneələr aradan qaldırılır”, - deyə o bildirib.
Y.Abdullayev bildirib ki, Azərbaycanda aqrar və istehsalat sahəsində çox geniş imkanlar var, bununla yanaşı energetika sektorunun diversifikasiya istiqamətində geniş işlər aparılır.