Bakı. Trend:
Ukraynada limanların bağlanması Gürcüstan limanları üçün logistika problemləri yaradıb.
Trend-in məlumatına görə, bunu "Azersun Holdin"in baş direktoru Savaş Uzan Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq hazırda Gürcüstan limanları həddən çox yüklənib.
"Bir aydan çoxdur ki, Qazaxıstandan 10, Özbəkistan və Azərbaycandan hərəsindən 4 gəmi növbədə dayanıb. Ukrayna limanlarının bağlanması ilə əlaqədar yük dövriyyəsi Xəzər hövzəsinə yönəldilib. Hazırda Qazaxıstan və Özbəkistandan yüklər Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşınır və bu tendensiya gələcəkdə də davam edə bilər. Hesab edirəm ki, bu dəhlizə əlavə investisiyalar lazımdır", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)