...

Azərbaycan və Almaniya Gəncədə birgə müəssisə yaradır (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2022 11:06 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında bildirib.

Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur.

Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminiumsənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti