...

Orta Asiya gübrəsi “ADY Konteyner”lə Avropa bazarlarına çatdırılıb

İqtisadiyyat Materials 5 Sentyabr 2022 10:01 (UTC +04:00)
Orta Asiya gübrəsi “ADY Konteyner”lə Avropa bazarlarına çatdırılıb

Bakı. Trend:

Orta Asiya gübrəsinin Avropaya çatdırılmasında “ADY Konteyner” MMC-nin xidmətindən istifadə edilib

"ADY Konteyner"dən Trend-ə verilən məlumata görə, MMC və ASCO-nun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) Qara dənizdə birgə layihəsi olan, əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunan “Rəsul Rza” fider gəmisi ilə ilk dəfə olaraq Orta Asiyadan göndərilən yüklərin Rumıniyanın Konstanta limanına çatdırılmasını həyata keçirilib.

Yükü mineral gübrə olan 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb.

Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya- Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti