...

Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır

İqtisadiyyat Materials 7 Sentyabr 2022 11:20 (UTC +04:00)
Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "UTair" aviaşirkəti sentyabrın 7-dən etibarən Samara və Sankt-Peterburqdan reyslərin sayını artırır.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, Sankt-Peterburqdan reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyə, Samaradan isə həftədə iki dəfədən üç dəfəyə artırılır.

Sankt-Peterburqdan uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri, Samaradan isə cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, "UTair" şirkəti hazırda Bakı, Gəncə və Naxçıvana uçuşlar həyata keçirir. Reyslər əsasən Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan yola düşür.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti