...

Türk Fondunun yaradılması prosesi başa çatır - Bağdad Amreyev

İqtisadiyyat Materials 16 Sentyabr 2022 12:02 (UTC +04:00)
Türk Fondunun yaradılması prosesi başa çatır - Bağdad Amreyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Türk Fondunun yaradılması prosesi başa çatır

Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

"Noyabrda bu fondla bağlı müvafiq sənədin tamamlanaraq imzalanması gözlənilir. Bu vəsait kiçik və orta biznesin inkişafına, infrastrukturun yaradılmasına yönəldiləcək. Qarabağın bərpası da onun əsas prioriteti olacaq. 2023-cü ilin yanvarından bu fond öz fəaliyyətinə başlayacaq və bizim iştirakçı ölkələrin maliyyə strukturları ilə əməkdaşlığı genişlənəcək”.

Eyni zamanda, baş katibin sözlərinə görə, türk dövlətləri gömrük prosedurlarının sadələşdirilməsinə dair sənəd imzalamağı planlaşdırır.

"Bu sənəd ölkələrimiz arasında ticarətin artırılmasına və azad ticarətin yaradılmasına yönəldiləcək. Həmçinin, mövcud geosiyasi vəziyyətə görə, logistik marşrutları şaxələndirmək lazımdır və bu istiqamətdə artıq planlarımız var", - B.Amreyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti