...

Azərbaycan qeyri-neft ixracını 5 milyard dollara çatdırmağı planlaşdırır - AZPROMO

İqtisadiyyat Materials 10 Oktyabr 2022 11:17 (UTC +04:00)
Azərbaycan qeyri-neft ixracını 5 milyard dollara çatdırmağı planlaşdırır - AZPROMO
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qeyri-neft ixracını 5 milyard dollara çatdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərinin müşaviri Tural Hacılı Aİ-nin "Şərq Tərəfdaşlığı" üzv ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Aİ ticarət əməliyyatlarında Azərbaycanın strateji tərəfdaşıdır.

"Azərbaycan bu bazara ixracını artırmağı planlaşdırır. Bununla bağlı biz müvafiq sənəd hazırlamışıq, onun bu ayın sonunda qəbul olunacağı gözlənilir. Bu strategiya çərçivəsində qeyri-neft ixracının 2026-cı ilə qədər 86 faiz artaraq 5 milyard dollara çatacağı gözlənilir”, - T.Hacılı bildirib.

O qeyd edib ki, bu platformanın işə düşməsi Azərbaycan ixracatçılarına istifadə olunmamış ixrac potensialını reallaşdırmaq üçün səmərəli alət təqdim edəcək.

"Bu, həm də “Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”, “Azərbaycanın 2022-2026-cı illər üçün qeyri-neft məhsullarının ixrac strategiyası” ilə müəyyən edilmiş tədbirlərin uğurla həyata keçirilməsində ilk addım olacaq”, - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti