...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 3 Noyabr 2022 10:28 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 99,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,00 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti