...

Azərbaycan İstanbulda Beynəlxalq Nəqliyyat və Logistika sərgisində təmsil olunur

İqtisadiyyat Materials 17 Noyabr 2022 14:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir. Sərgiyə 23 ölkədən 171 şirkət qatılıb. Sərgi nəqliyyat və logistika sahəsində yeni tərəfdaşlıqların, işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli platforma hesab edilir.

“ADY Konteyner” MMC-dən Trend-ə verilən məlumata görə, “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC də təmsil olunur.

Şirkətin Türkiyəyə ezam olunmuş əməkdaşları iştitrakçılara ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri və yeni layihələr barədə məlumat veriblər. Yük sahibləri və logistika şirkətləri nümayəndələri ilə keçirilən görüşlərdə yeni əməkdaşlıqların əsası qoyulub.

Tərəfdaşlarla aparılan müzakirələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb. Xüsusən Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsi diqqət mərkəzində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti